“Liverpul”un yarımmüdafiəçisi Rayan Qravenberx “Barselona”ya keçə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Kataloniya klubu 23 yaşlı futbolçunun çıxışından çox təsirlənib və onu transfer etmək niyyətindədir. “Barselona” onu almaq üçün bir neçə oyunçusunu satmağa belə, hazırdır.
Niderlandlı futbolçunun özü də İspaniyaya köçmək variantını istisna etmir. Bununla yanaşı, onun oyununa “Real” rəhbərliyinin də heyran qaldığı vurğulanır.
Qravenberx cari mövsümdə bütün turnirlərdə 12 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.