EN

Gürcüstanda qəzaya uğrayan Türkiyənin hərbi yük təyyarəsinin qalıqları tapılıb

Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin qalıqları tapılıb.

Far.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"də yazıb.

"Gürcüstanın daxili işlər naziri Gela Geladze ilə müntəzəm danışıqları davam etdirirəm. O, "C-130" hərbi yük təyyarəmizin qalıqlarının saat 17 radələrində tapıldığını və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib", - A.Yerlikaya yazıb.

Xatırladaq ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.

Chosen
19
5
far.az

8Sources