EN

TDT Ankaraya başsağlığı verdi

BAKI, 11 noyabr. TELEQRAF

Türk Dövlətləri Təşkilatı (TDT) Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Ankaraya başsağlığı verib.

Teleqraf xəbər verir ki, bu barədə təşkilatın "X" hesabındakı paylaşımında yazılıb.

"Azərbaycandan Türkiyəyə qayıdan hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması barədə xəbəri kədər hissi ilə öyrəndik. Axtarış-xilasetmə işləri davam edir və xilas edilənlərlə bağlı xəbəri səbirsizliklə gözləyirik. Bu faciəli qəzada şəhid olanlara Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına və qardaş türk xalqına başsağlığı veririk", - paylaşımda bildirilib.

Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.

Chosen
19
11
teleqraf.com

10Sources