Bu barədə təşkilatın "X" hesabındakı paylaşımında qeyd olunub.
Paylaşımda bildirilir: "Azərbaycandan Türkiyəyə qayıdan hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması barədə xəbəri kədər hissi ilə öyrəndik.
Axtarış-xilasetmə işləri davam edir və xilas edilənlərlə bağlı xəbəri səbirsizliklə gözləyirik.
Bu faciəli qəzada şəhid olanlara Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına və qardaş türk xalqına başsağlığı veririk."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31