EN

Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, danışıq zamanı Gürcüstanda qəzaya uğrayan hərbi yük təyyarəmizlə bağlı başlanan axtarış-xilasetmə işlərinin son vəziyyəti müzakirə olunub.

Gürcüstanın Baş naziri qəzada şəhid olan əsgərlərimiz üçün Türkiyə Prezidentinə başsağlığı bildirib.

Rəcəb Tayyib Ərdoğan söhbət zamanı Kobaxidzeyə başsağlığı diləkləri və göstərdiyi dəstəyə görə təşəkkür edib.

Chosen
29
1
teleqraf.com

2Sources