BAKI, 11 noyabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, danışıq zamanı Gürcüstanda qəzaya uğrayan hərbi yük təyyarəsilə bağlı başlanan axtarış-xilasetmə işlərinin son vəziyyəti müzakirə olunub.
Gürcüstanın Baş naziri faciəli qəza ilə bağlı Türkiyə Prezidentinə başsağlığı verib.
Rəcəb Tayyib Ərdoğan söhbət zamanı Kobaxidzeyə göstərdiyi dəstəyə görə təşəkkür edib.