EN

Qvardiola Barselonada yeni evi niyə alıb?

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ilə bağlı maraqlı xəbər yayılıb. O, Barselonada yeni ev alıb.

“The Sun” nəşrinin yaydığı məlumata görə, məşhur mütəxəssis bu addımı həyat yoldaşı ilə 30 illik münasibətlərinə son qoyduqdan sonra atıb. Qvardiolanın yeni lüks evi Barselonanın nüfuzlu Pedralbes rayonunda yerləşir. Bu, onun həmin ərazidə aldığı ikinci mülkdü. Burda ilk evini 2021-ci ilin fevralında almışdı.

Yerli sakinlərin sözlərinə görə, yeni mülk məşqçinin futboldan uzaqlaşdığı vaxt sakit anlar keçirə biləcəyi bir ev olacaq.

Xatırladaq ki, Qvardiola Barselona şəhərində anadan olub və futbolçu kimi 1990-2001-ci illərdə “Barselona”nın şərəfini qoruyub. Onun 2008-12-ci illərdə bu komandanı çalışdırdığını da qeyd edək.

Chosen
41
27
football-plus.az

10Sources