EN

"Çelsi"nin futbolçusu Rahim Sterlinq QARƏT EDİLDİ

"Çelsi" futbol klubunun hücumçusu Rahim Sterlinqin evi qarət edilib. Ajans.az bu barədə "The Telegraph" qəzetinə istinadən xəbər verir. Bildirilib ki, qarət anında futbolçu ailəsi ilə evdə olub. Sterlinq və ailəsi xəsarət almayıb. Şübhəlilərin şəxsiyyəti müəyyən edilib, lakin yerli mediaya görə, onlar artıq ölkəni tərk ediblər. Xatırladaq ki, Sterlinq daha əvvəl də qarətə məruz qalıb. 2022-ci ildə baş vermiş hadisəyə görə Sterlinq Qətərdə keçirilən dünya çempionatında milli komandanın düşərgəsini tərk edərək, Seneqal millisinə qarşı 1/8 final matçını (3:0) buraxmalı olmuşdu.

Sterlinq həmçinin İngiltərənin "Liverpul", "Mançester Siti" və "Arsenal" klublarında çıxış edib.

Chosen
31
2
Ajans.az

4Sources