AZ

"Çelsi"nin futbolçusunun evi qarət edildi

"Çelsi" futbol klubunun hücumçusu Rahim Sterlinqin evi qarət edilib.

"Ölkə.az" xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, qarət anında futbolçu ailəsi ilə evdə olub. Sterlinq və ailəsi xəsarət almayıb.

Şübhəlilərin şəxsiyyəti müəyyən edilib, lakin yerli mediaya görə, onlar artıq ölkəni tərk ediblər.

Xatırladaq ki, Sterlinq daha əvvəl də qarətə məruz qalıb. 2022-ci ildə baş vermiş hadisəyə görə Sterlinq Qətərdə keçirilən dünya çempionatında milli komandanın düşərgəsini tərk edərək, Seneqal millisinə qarşı 1/8 final matçını (3:0) buraxmalı olmuşdu.

Sterlinqin 30 yaşı var. O, həmçinin İngiltərənin "Liverpul", "Mançester Siti" və "Arsenal" klublarında çıxış edib.(oxu.az)

Seçilən
13
2
olke.az

4Mənbələr