EN

Orban: Budapeştdə keçiriləcək Rusiya-ABŞ sammiti gündəmdə qalır

Moskva və Vaşinqton Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı razılığa gəlməyə qadirdir.

“İki sahil” xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban yerli ATV telekanalında çıxışı zamanı deyib.

O, bu kontekstdə Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampın Budapeştdə görüşünün gündəmdə qalacağına əmin olduğunu bildirib.

İki ölkə liderləri arasında keçiriləcək görüşün ləğv edilmədiyini, təxirə salındığını xatırladan Orban deyib: "Deyə bilərəm ki, Budapeştdə Rusiya-Amerika sammiti və Budapeştdə böyük sülh konfransı gündəmdədir".

Onun sözlərinə görə, sammit "bir az sonra baş tuta bilər və bu, mümkünsüz deyil".

Chosen
47
3
ikisahil.az

4Sources