EN

Tokayevlə Putinin qeyri-rəsmi söhbəti 2,5 saatdan çox davam edib

Kremldə baş tutan görüş iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlərini əhatə edib...

Poliqon xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə Rusiya prezidenti Vladimir Putin arasında Kremldə baş tutan qeyri-rəsmi görüş 2 saat 30 dəqiqədən çox davam edib. Bu barədə Qazaxıstan liderinin mətbuat katibi Ruslan Jeldibay “Telegram” kanalında məlumat yayıb.

Prezidentlər Kasım-Jomart Tokayev və Vladimir Putin arasında Kremldə keçirilən qeyri-rəsmi söhbət 2,5 saatdan artıq çəkib”, – deyə Jeldibayın paylaşımında bildirilir.

Tokayev 11 noyabrda dövlət səfəri ilə Moskvaya gedib. Görüş zamanı o, Rusiya ilə Qazaxıstan arasında ciddi fikir ayrılıqlarının mövcud olmadığını vurğulayıb. “Elə bir sahə yoxdur ki, RusiyaQazaxıstan orada əməkdaşlıq etməsin və ya kəsişməsin,” – deyə Tokayev bildirib.

Prezidentlərin geniş formatlı danışıqlarında iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin əsas istiqamətləri müzakirə olunub. Gündəliyə siyasi dialoq, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji və sənaye layihələrinin inkişafı, eləcə də mədəni-humanitar sahədə birgə təşəbbüslər daxil idi.

Səfər proqramının əsas hissəsinin 12 noyabrda keçirilməsi planlaşdırılır. Həmin gün Tokayev Rusiya hökumətinin nümayəndələri, iş adamları və Qazaxıstan–Rusiya regionlararası forumunun iştirakçıları ilə görüşəcək.

Ekspertlər bu səfəri Moskva ilə Astananın münasibətlərində “balansın qorunması və strateji yaxınlığın təsdiqi” kimi qiymətləndirirlər. Həmçinin bu görüş Tokayevin son aylarda Qərblə fəallaşan dialoqu fonunda Rusiya ilə münasibətlərdə sabitliyin saxlanmasına yönəlmiş addım kimi dəyərləndirilir.

Poliqon.info

Chosen
49
3
poliqon.info

5Sources