Kremldə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putin arasında qeyri-rəsmi görüş keçirilib.
NOCOMMENT.az Unikal.az-a istinadən xəbər verir ki, görüş iki saat yarımdan çox davam edib.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldibay özünün Telegram kanalında məlumat verib.
Qazaxıstan Prezidenti 11 noyabrda Moskvaya səfər edib. Rusiyalı həmkarı ilə görüş zamanı o, iki ölkə arasında ciddi problem olmadığını bildirib. Tokayev vurğulayıb ki, Rusiya və Qazaxıstanın qarşılıqlı əlaqədə olmadığı və ya birgə işləmədiyi heç bir sahə yoxdur.