EN

Meta ABŞ da süni intellekt və məlumat mərkəzlərinin inkişafına 600 milyard dollar yatıracaq

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Meta" şirkəti növbəti üç il ərzində ABŞ iqtisadiyyatına 600 milyard dollar həcmində sərmayə yatırmağı planlaşdırır. Bu vəsait süni intellekt üçün infrastrukturun yaradılmasına, o cümlədən yeni məlumat emalı mərkəzlərinin (Data Center) tikintisinə və yeni iş yerlərinin açılmasına yönəldiləcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.

Qeyd edilir ki, Amerikanın texnologiya nəhəngi uzunmüddətli məqsədinə — insan intellektini üstələyə bilən "superağıl" səviyyəsində süni intellekt yaratmaq hədəfinə çatmaq üçün lazım olan hesablama gücünü qurmağa çalışır.

Son investor konfransında "Meta"nın baş direktoru Mark Zukerberq vurğulayıb ki, şirkət “süni intellektin ən iddialı inkişaf ssenarilərinə hazır olmaq üçün hesablama gücünü sürətlə artırır”.

"Meta" artıq bir neçə böyük müqavilə imzalayıb. Keçən ay şirkət "Blue Owl Capital" ilə 27 milyard dollarlıq razılaşma bağlayıb — bu vəsait Luiziana ştatında dünyanın ən böyük məlumat mərkəzinin tikintisinə yönəldiləcək. Bundan əlavə, oktyabr ayında "Meta" Texas ştatında yeni məlumat mərkəzi tikintisinə 1,5 milyard dollar sərmayə qoyacağını bəyan edib. Bu obyekt şirkətin dünyadakı 29-cu məlumat mərkəzi olacaq.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
472
50
icma.az

10Sources