EN

Türkiyə hərbi təyyarəsinin qəzaya uğradığı yerdə işlər davam edir - FOTO

BAKI, 12 noyabr. TELEQRAF

Gürcüstan ərazisində Türkiyə hərbi təyyarəsinin qəzaya uğradığı yerdə müvafiq xidmətlərin nümayəndələri təhqiqat işlərini davam etdirirlər.

Teleqraf Gürcüstan KİV-ə istinadla xəbər verir ki, müxtəlif qurumların nümayəndələri gecə boyu ərazidə işləyiblər.

Xatırladaq ki, Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda, Siqnaqi bələdiyyəsində qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurdu. Faciəvi hadisə nəticəsində təyyarədə olan 20 Türkiyə hərbçisi həlak olub. Gürcüstanda faktla bağlı Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü hissəsi, yəni hava nəqliyyatının təhlükəsizliyi və ya istismarı qaydalarını pozma, insan tələfatı ilə nəticələnmə ilə bağlı araşdırma aparılır.

Chosen
74
1
teleqraf.com

2Sources