AZ

Türkiyə hərbi təyyarəsinin qəzaya uğradığı yerdə işlər davam edir - FOTO

Ajans.az Gürcüstan KİV-ə istinadla xəbər verir ki, müxtəlif qurumların nümayəndələri gecə boyu ərazidə işləyiblər.

Xatırladaq ki, Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda, Siqnaqi bələdiyyəsində qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurdu. Faciəvi hadisə nəticəsində təyyarədə olan 20 Türkiyə hərbçisi həlak olub. Gürcüstanda faktla bağlı Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü hissəsi, yəni hava nəqliyyatının təhlükəsizliyi və ya istismarı qaydalarını pozma, insan tələfatı ilə nəticələnmə ilə bağlı araşdırma aparılır.

Seçilən
23
1
Ajans.az

2Mənbələr