EN

Yatmazdan Əvvəl Smartfondan Uzaq Durun – Yuxu Keyfiyyətiniz Artacaq!

Yatmazdan

İspan psixiatr Fernando Mora bildirir ki, yatmazdan ən azı 30 dəqiqə əvvəl smartfon və digər elektron cihazlardan istifadəni dayandırmaq beynin istirahətinə kömək edir və yuxu keyfiyyətini yüksəldirSmartfon və digər ekranlı cihazlardan yayılan mavi işıq beynin melatonin hormonunun ifrazını azaldaraq yuxuya getməyi çətinləşdirir. Bu işıq beynin "bədən saatını" aktiv saxlayır və istirahət rejiminə keçməsini əngəlləyir. Nəticədə yuxunun keyfiyyəti aşağı düşür, yuxuya getmək gecikir və səhər yorğunluq yaranır.Ulusum.az xəbər verir ki, Psixiatr Fernando Mora tövsiyə edir ki, yatmazdan ən azı 30 dəqiqə əvvəl elektron cihazlardan istifadə dayandırılmalıdır. Bu sadə vərdiş yuxu keyfiyyətini yaxşılaşdırır, beynin və bədənin bərpasına şərait yaradır. Sağlam yuxu isə gündəlik həyatımızda enerjili və məhsuldar olmağımız üçün vacibdir. Unutmayın, gecə smartfondan uzaq durmaq, dərin və keyfiyyətli yuxunun açarıdır!R.İkramlı

Diqqət Çəkənlər

Putin Tokayevi çay içməyə dəvət etdi

Türkiyənin C-130 hərbi təyyarəsi qəzaya uğradı

Lahmacun

Chosen
74
ulusum.az

1Sources