EN

Uşağınız üçün peşəkar loqoped necə seçilməlidir?

Bakı. Trend:

Loqopedin peşəkarlığı onun təhsili, nitqi, diaqnostika müdaxiləbacarıqları və müraciət olunan şəxsin idarə etmə bacarıqları iləmüəyyən edilə bilər.

Trendxəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi PsixiSağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova səsləndirib.

Onun sözlərinə görə, loqopediyaya aid müvafiq ali təhsil,müntəzəm peşəkar inkişaf və sertifikatlar onların peşəkarəsaslarını təsdiqləyir:

“Loqopedin nitqi müraciət olunan şəxslər üçün nümunəviolmalıdır. Müasir valideynlər informasiya çoxluğuna, sosialşəbəkələrə açıqdırlar. Loqopedə müraciət zamanı verdiklərisualların cavabını, övladlarına ilkin müayinə zamanı peşəkarlığınəzərə almalıdırlar. Loqopedlər korreksiya işləri zamanı fərdiyanaşma prinsipini üzərindən çalışmalıdırlar. Mütəxəssisşablonlardan istifadə etməməli, istifadə etdiyi metodları konkretloqopada (nitq əlliliyi olan şəxs) uyğunlaşdıraraq korreksiyaişlərini aparmalıdır”.

A.Ələkbərova qeyd edib ki, nitq əlliliyi olan uşaqlar kompleksliiş nitq qüsurunun mürəkkəbliyindən asılıdır:

“Əgər loqopadda mürəkkəb nitq qüsurları müşahidə olunarsa,(rinolaliya, dizartriya, alaliya, afaziya, kəkələmə və s) ilk öncəidman məşğələləri, sonra isə ehtiyac olunan psixo-pedaqoji iş,sensor terapiya, psixoloji seansları aparıla bilər.
Unutmamalıyıq ki, müraciət olun şəxsin potensial imkanları, yaşı,mövcud ilkin xəstəliyi nəzərə alınmalı və ona uyğun inkişafetdirici fərdi və ya qrup seansları aparılmalıdır”.

Məqalədə:
Chosen
22
3
az.trend.az

5Sources