BAKI, 12 noyabr. TELEQRAF
“Azərbaycan ilk oyundan sonra kifayət qədər artırıb".
Teleqraf xəbər verir ki, bu sözləri İslandiya yığmasının kapitanı Hakon Arnar Haraldsson DÇ-2026-nın seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
"Sabahki oyunda bizi çətin oyun və çətin rəqib gözləyir. İlk matça və 5:0 hesaba qətiyyən fikir vermirik", - deyə futbolçu əlavə edib.
Qeyd edək ki, Azərbaycan – İslandiya matçı sabah “8-ci km” stadionunda saat 21:00-da start götürəcək.