EN

İran hələ də AEBA inspektorlarına bombalanan nüvə obyektlərinə giriş icazəsi vermir

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran hələ də inspektorların İsrail və ABŞ tərəfindən bombalanan nüvə obyektlərinə girişinə imkan vermir.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik açıqlama yayıb.

Bildirilib ki, təşkilat İranın zənginləşdirilmiş uran maddəsi ilə bağlı çoxdan hesabat hazırlamalı idi, lakin nüvə obyektlərinə giriş imkanının olmaması səbəbindən bu proses çox gecikib.

Qeyd edək ki, 12 günlük İran-İsrail müharibəsində İranın Nətənz, İsfahan və Fordo nüvə stansiyaları ABŞ qırıcıları tərəfindən bombalanıb.

İran sözügedən obyektlərə AEBA inspektorlarının daxil olmasına icazə vermir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
2
apa.az

3Sources