EN

Şəmkirdə yanacaqdoldurma məntəqəsində yanğın baş verib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəŞəmkir rayonunun Dəllər Cəyir kəndi ərazisində yerləşənyanacaqdoldurma məntəqəsində yanğın baş verməsi barədə məlumatdaxil olub.

Trend xəbər verir ki, bubarədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət YanğındanMühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsininqüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanıyanacaqdoldurma məntəqəsinin ərazisində üç ədəd yanacaqla doluyeraltı çəndən birində yanğın baş verdiyi və yanğının yayılmariskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindənhəyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsindətutumu 55 ton olan yanacaq çənində baş vermiş yanğın genişlənərəkdigər çənlərə keçməsinə, o cümlədən məntəqənin ərazisinəyayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yanacaq çəninə daxil olan rezin borudan sızanyanacaq yanıb.

Yanacaqdoldurma məntəqəsi və yanacaqla dolu çənlər yanğındanmühafizə olunub.

Chosen
106
20
az.trend.az

10Sources