EN

Özbəkistana uduzdular, DÇ-yə getməyəcəklər

Bakıda Azərbaycan və Özbəkistanın qadınlardan ibarət şahmat yığmaları arasında dünya çempionatına seçmə xarakter daşıyan görüş keçirilib.

"Football-plus.az" xəbər verir ki, yığmamızın heyəti belə olub:

Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva. Komandanın kapitanı Avropa çempionu Qədir Hüseynov idi.

Təəssüf ki, yığmamız noyabrın 18–23-ü aralığında İspaniyanın Linares şəhərində keçiriləcək dünya çempionatına vəsiqə uğrunda oyunda Özbəkistana uduzub. 3-cü turda komandamız 3:1 hesabı ilə qələbə qazansa da, 4-cü qarşılaşma heç-heçə başa çatıb. Ümumi nəticədə Özbəkistan üstün olub. 2,5:1,5 hesabı ilə (oyunlarda 8,5:7,5) qalib gələn rəqib dünya çempionatına yeganə vəsiqəni əldə edib.

DÇ-də Özbəkistanla yanaşı, İspaniya, Gürcüstan, Fransa, Qazaxıstan, ABŞ, Çin, Ukrayna, Peru, Misir, Hindistan və FIDE komandaları iştirak edəcək.

Chosen
75
1
football-plus.az

2Sources