EN

Paşinyan Bakıdakı paraddan danışdı

Paşinyan Bakıdakı paraddan danışdıErmənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı hərbi paradın keçirilməsi məsələsinə münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

Bildirilib ki, Paşinyan məsələ ilə bağlı müxtəlif fikirlərin səsləndiyini deyib.

Onun sözlərinə görə, erməni ictimaiyyətində bir qrup parada ehtiyac olduğunu düşünsə də, bəziləri bunun əleyhinədir:

"Bəli, Azərbaycanda keçirilən hərbi paraddan sonra bu mövzu Ermənistanda da aktuallaşıb. Biz sülh gündəliyinə fokuslanmışıq, lakin, eyni zamanda yanlış məlumatların yayılmaması üçün ictimaiyyətin informasiya təhlükəsizliyi təmin edilməlidir".

Baş nazir əlavə edib ki, əgər paradın keçirilməsi barədə qərar qəbul olunsa, tədbir çox təsirli ola bilər. O, həmçinin əhalinin yeni alınan hərbi texnikaları görmək istəyinin böyük olduğunu, bir çox qrupların artıq paradla bağlı müraciət etdiyini vurğulayıb.

Chosen
11
19
sonxeber.az

10Sources