Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı hərbi paradın keçirilməsinə münasibət bildirib.
Sitat.info xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Məsələ ilə bağlı müxtəlif fikirlərin səsləndirildiyini deyən Paşinyan erməni ictimaiyyətində bir qrupun parada ehtiyac olduğunu düşünsə də, bəzilərinin bunun əleyhinə olduğunu bildirib:
“Bəli, Azərbaycanda keçirilən Zəfər paradından sonra bu mövzu Ermənistanda da aktuallaşıb. Biz sülh gündəliyinə fokuslanmışıq, lakin, eyni zamanda yanlış məlumatların yayılmaması üçün ictimaiyyətin informasiya təhlükəsizliyi təmin edilməlidir”.
Baş nazir qeyd edib ki, paradın keçirilməsi barədə qərar qəbul olunsa, tədbir çox təsirli ola bilər. O, həmçinin əhalinin yeni alınan hərbi texnikaları görmək istəyinin böyük olduğunu, bir çox qrupların artıq paradla bağlı müraciət etdiyini vurğulayıb.