EN

Yalta merinin müavini Krımda saxlanıldı

BAKI, 12 noyabr. TELEQRAF

Yalta merinin müavini Krımda saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Krım rəhbərinin köməkçisi Olqa Kurlaeva öz Telegram kanalında məlumat verib .

"Məndə olan məlumata görə, şəhər merinin müavini saxlanılıb. Təhlükəsizlik qüvvələri işləyir. Şəhər rəhbərliyi hüquq-mühafizə orqanları ilə fəal əməkdaşlıq edir. Mer öz postundadır. Hər şey həmişəki kimidir: panika yoxdur", - Kurlaeva qeyd edib.

Mer müavininin nə üçün saxlanıldığı açıqlanmayıb.

Chosen
37
1
teleqraf.com

2Sources