EN

Peruda avtobus qəzasında 37 nəfər həlak olub

Vaşinqton, 12 noyabr, AZƏRTAC

Perunun cənubundakı dağlıq Arekipa bölgəsində avtobus dərəyə aşıb.

AZƏRTAC-ın məlumatına görə, hadisə nəticəsində 37 nəfər ölüb, onlarla insan yaralanıb.

Yerli rəsmilərin mediaya verdiyi məlumata əsasən, avtobus yük avtomobili ilə toqquşaraq yoldan çıxıb 200 metrdən Okona çayının sahilinə düşüb. Avtobus ölkənin cənubundakı Çala şəhərindən Arekipa şəhərinə istiqamətində hərəkətdə olub.

Qeyd edək ki, çətin relyefli bu ərazidə avtomobil qəzaları tez-tez baş verir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Chosen
47
5
azertag.az

8Sources