EN

“HƏMAS Qəzzada nizamlanmaya hazır olduğunu nümayiş etdirir” – Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında nizamlanma üçün konstruktiv addımlar atmağa hazır olduğunu nümayiş etdirir və İsrail də bunu etməlidir.

Busaat.az xəbər verir ki, bu barədə “Trthaber” yazıb.

“Biz Qəzzada mövcud vəziyyəti ətraflı müzakirə etdik. HƏMAS atəşkəsin daimi olması üçün konstruktiv addımlar atmağa hazır olduğunu nümayiş etdirdi. İsrail də eyni anlayışı nümayiş etdirməlidir.

Biz bir daha İsraili Qəzzaya humanitar yardımın daxil olmasına bütün maneələri aradan qaldırmağa və bütün sərhəd keçidlərini açmağa çağırırıq”, – deyə Fidan Ankarada Misirin xarici işlər naziri Bədr Abdel Ata ilə keçirdiyi mətbuat konfransında bildirib.

Yeganə

Chosen
41
busaat.az

1Sources