EN

Rekord miqdarda narkotik ələ keçirilib — 13,5 ton kokain

Musavat.com xəbər verir ki, Panama hakimiyyəti Sakit okean sularında həyata keçirilən əməliyyat zamanı 13,5 ton kokain müsadirə edib.

Ölkənin Milli Aeronaviqasiya Xidməti — SENAN tərəfindən aparılan əməliyyat “Firmesa” planı çərçivəsində, dəniz narkotik ticarətinə qarşı mübarizə məqsədilə həyata keçirilib.

Məlumata görə, gəmi Mərkəzi Amerika və Meksikaya istiqamətlənmişdi. Ekvador, Venesuela, Nikaraqua, Peru və Kolumbiyadan olan 10 nəfərlik heyət müqavimət göstərsə də, saxlanılıb. 

Narkotiklərlə mübarizə üzrə baş prokuror Xulio Villarreal bildirib ki, bu miqdarda kokainin ələ keçirilməsi beynəlxalq cinayət şəbəkələrinə ciddi zərbədir, çünki yük Şimali Amerikaya göndərilməli idi.

Qeyd edək ki, 13,5 ton kokainin çəkisi təxminən 9 ədəd Toyota Camry və ya VW Passat avtomobilinin, yaxud 3 yetkin Afrika filinin çəkisinə bərabərdir. 

 

Musavat.com

Chosen
98
musavat.com

1Sources