EN

ABŞ: Rusiya ilə danışıqlardan Ukrayna üzrə real nəticə gözlənilir

BAKI, 13 noyabr. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, həm Moskva, həm də Vaşinqton növbəti Putin-Tramp görüşünün Ukrayna üzrə konkret nəticə ilə yekunlaşmasının vacibliyi barədə razılığa gəlib.

Teleqraf xəbər verir ki, Rubio bu fikirləri Kanadanın Ontario əyalətində keçirilən G7 xarici işlər nazirlərinin toplantısından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 20 oktyabrda Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi telefon danışığında da bu məsələ müzakirə olunub.

“Düşünürəm ki, hər iki tərəf razılaşıb ki, növbəti dəfə prezidentlər görüşəndə konkret nəticə əldə olunmalıdır. Biz real və müsbət nəticə əldə etməyə çalışırıq və bunun baş verəcəyinə ümid edirik”, - Rübio vurğulayıb.

O əlavə edib ki, ABŞ-nin əsas məqsədi Ukraynada münaqişəyə son qoymaqdır.

Chosen
57
teleqraf.com

1Sources