EN

Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə! - Artıq bu da tələb olunacaq

Viza verilərkən zəvvarlardan sağlamlıq sertifikatı istənəcək.

Publika.az xəbər verir ki, bu qayda Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi tərəfindən növbəti mövsümdə tətbiq olunacaq.

Sertifikat Həcc bürosu və tibbi missiyanın məsul şəxsi tərəfindən təsdiq olunmalı və “Masar” platformasında elektron şəkildə qeydə alınmalıdır.

Qeyd olunur ki, qurbanlıq heyvanın satın alınması və kəsilməsi üçün ödəmə “Adahi” platforması və Həcc büroları vasitəsilə həyata keçiriləcək.

Chosen
28
8
publika.az

10Sources