Bildirilib ki, hazırda hadisə yerində (Gürcüstanda) müvafiq qurumların əməkdaşları geniş araşdırma aparır, lakin araşdırma bitdikdən sonra təyyarənin qalıqları Kayseri vilayətində yerləşən hərbi bazaya gətirilərək burada tədqiq ediləcək.
Xatırladaq ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsindəki hərbçilərin hamısı - 20 nəfər həlak olub, onlardan 19-nun cəsədi tapılıb.
Qeyd edək ki, noyabrın 12-si gecə saatlarında hərbi təyyarənin qara qutusu Türkiyəyə gətirilib.//Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31