EN

Nümayəndələr Palatası şatdaunun ləğvi ilə bağlı layihəni təsdiqləyib

ABŞ-da 43 gündür davam edən şatdaun bu gün başa çatır. SİA xəbər verir ki, Nümayəndələr Palatasında hökumətin yanvarın 30-na kimi maliyyələşməsini nəzərdə tutan qanun layihəsi səsverməyə çıxarılıb.

Layihə 222 lehinə, 209 əleyhinə səslə təsdiqlənib. Demokratlar Partiyasının 6 üzvü qanunun lehinə, Respublikaçılar Partiyasından 2 nümayəndə əleyhinə səs verib.

Qanun layihəsi daha əvvəl Senat tərəfindən təsdiqləndiyindən növbəti mərhələdə ABŞ Prezidentinin imzalanması ilə şatdaun dayanacaq. Donald Trampın yaxın saatlarda qanun layihəsini imzalaması gözlənilir.

Chosen
17
4
sia.az

5Sources