EN

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

İtaliyanın Milan prokurorluğu Bosniya müharibəsi dövründə baş vermiş dəhşətli bir hadisəni araşdırır.

Modern.az-ın məlumatına görə, "The Guardian" yazır ki, müharibə zamanı bosniyalı serblərin bəzi nümayəndələri İtaliyadan gələn imkanlı şəxslərə mühasirədə olan Sarayevoda “snayper turizmi”, yəni pul qarşılığında mülki insanlara atəş açmaq imkanı təklif ediblər.

Araşdırma milanlı yazıçı Etsio Qavatseninin topladığı sübutlar əsasında, Sarayevonun sabiq meri Bencamina Kariçin prokurorluğa təqdim etdiyi şikayətdən sonra başlanıb.

Qavatseni bildirib ki, “safari” məqsədilə Sarayevoya gələn italiyalılar siyasi və ya dini səbəblərdən deyil, “əyləncə və zövq” üçün dinc sakinləri hədəfə alıblar. Şəhərin dərin vadidə yerləşməsi onlara ətrafdakı dağlardan atəş açmaq üçün əlverişli mövqe yaradıb.

Onun sözlərinə görə, “ovçular” dinc sakinləri, hətta uşaqları belə fərq qoymadan güllələyiblər.

Xatırladaq ki, Bosniya və Herseqovinanın paytaxtı Sarayevo 1992-ci ilin aprelindən 1996-cı ilin fevralınadək Yuqoslaviya Xalq Ordusu və Serb Respublikasının ordusu tərəfindən mühasirədə saxlanılıb. Dörd il davam edən bu mühasirə zamanı təxminən 10 min dinc sakin həlak olub.

Chosen
75
1
modern.az

2Sources