2025-ci ilin oktyabrında Rusiyada yeni avtomobillərin qiymətləri tarixi maksimuma çatıb.
Publika.az xəbər verir ki, rekord qiymət artımı barədə “Avtostat” agentliyi məlumat yayıb.
Yeni avtomobilin orta çəkili qiyməti (bazar payına uyğunlaşdırılmış qiymət) illik müqayisədə səkkiz faiz və sentyabr ayı ilə müqayisədə iki faiz artaraq 3,43 milyon rubla çatıb. Bununla belə, əvvəlki illərdəki 18-24 faizlə müqayisədə artım tempi 2021-ci ildən bəri ən aşağı göstərici olub, altı faiz təşkil edib.
“Avtostat”ın baş direktoru Sergey Tselikovun qeyd etdiyi kimi, bu il avtomobil qiymətləri idxal olunan avtomobillər üçün təkrar emal haqqının dəyişdirilməsi və onun gələcək indeksasiyası xəbərləri ilə artır.