EN

G7 ölkələri Rusiyaya iqtisadi təzyiqi artırmağı planlaşdırır

G7 ölkələri Ukraynadakı münaqişə səbəbindən Rusiyaya iqtisadi təzyiqi artırmaq niyyətindədir.

AZƏRTAC-ın məlumatına görə, bu barədə G7 Xarici İşlər Nazirlərinin Kanadada keçirilmiş görüşündən sonra verilən birgə bəyanata deyilir. Ölkələr təcili şəkildə atəşkəsə nail olunmasının vacibliyini təsdiqləyib.

“Hazırkı təmas xəttinin danışıqların başlanğıc nöqtəsi olması barədə razılığa gəldik. Biz beynəlxalq sərhədlərin güc yolu ilə dəyişdirilməməsi prinsipinə sadiq qalırıq. Biz Rusiyanın iqtisadi xərclərini artırır və Rusiyanın müharibə səylərini maliyyələşdirməyə kömək edən ölkələrə və qurumlara qarşı tədbirləri nəzərdən keçiririk”,- deyə bəyanatda qeyd olunur.

Chosen
13
4
azerbaijan-news.az

5Sources