EN

VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları üç növdə mübarizə aparacaqlar

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları hazırda davam edir.

İdman.biz xəbər verir ki, bu gün Azərbaycan idmançıları üç növdə mübarizə aparacaqlar.

Ölkə təmsilçiləri stolüstü tennis, voleybol və muaytay növlərində qüvvəsini sınayacaqlar.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 34 mükafatla (5 qızıl, 11 gümüş, 18 bürünc) medal sıralamasında 7-ci pillədə qərarlaşıb.

İdman.Biz

Chosen
90
7
idman.biz

10Sources