EN

Fuad Nəcəfli barəsində cinayət işi açılıb?

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı keçmiş səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli barəsində cinayət işi başlanılıb, araşdırma aparılır.Reyting.az "Yeni Sabah"a istinadla xəbər verir ki, bu iddia ilə əslən Naxçıvandan olan jurnalist Heydər Oğuz çıxış edib.Onun yazısını təqdim edirik:"Bəzi “canişin” tərəfdarları peyda olub Fuad Nəcəflini dəstəkləməklə qalmır, hətta Naxçıvan əhalisini də təhqir etmək cəsarəti göstərirlər. Onlardan biri eynilə belə yazır: “Bəzi naxçıvanlılar özlərini elə aparır elə bil başqa planetdə yaşayırmışlar Fuad müəllim onlara sərbəstlik verib, xoşlarına gəlməyib başlarının üstündə kötək istəyirlər gedin özünüzə, öz əməllərinizə nəzər yetirin, bir də gələrsiniz! ”Onlardan biri də məni hədəfə alıb və niyə cənab sədrin dövründə (yəni “xan” həzrətlərinin) səsimi çıxarmadığımı xəbər alaraq yazır: “Bir dene status tap getir mene göster görum Sedrin zamaninda paylaşa bilmisenmi?”Sözsüz ki, mən bu cür “ağır ittihamlara” cavab verməyə söz tapa bilmərəm. Axı dilim çox gödəkdir. Odur ki, ayrı bir mövzudan bəhs etmək istəyirəm.Əziz və hörmətli “canişin” tərəfdarları, Vallah, Billah, “canişin”i işdən çıxaran mən olmamışam. Prezident İlham Əliyev onun barəsində fərman imzalayıb və uzunmüddətli “istirahətə” göndərib. Sözünüz, iradınız varsa, mənə yox, cənab Prezidentə ünvanlayın. Amma unutmayın ki, sevimli “canişin”iniz korrupsiya və dövlət əmlakını talamaqda ittiham olunur. Və sizin yüksək səsli iradınız o binəvanın məsuliyyət yükünü daha da ağırlaşdıra bilər.İnanmırsınız? O zaman sizə xatırladım ki, “canişin” əfəndi “xan” taxtında oturdulandan bir müddət sonra onun fəaliyyəti ciddi nəzarət altına alınmış və Naxçıvanda vaxtaşırı audit yoxlamaları keçirilmişdir. Xüsusilə bu il intensiv xarakter alan audit yoxlamaları zamanı bir çox təyinatı üzrə sərf olunmayan xərclər müəyyənləşdirilmiş, hətta bu faktlar bir araya toplanıb istintaqı aparılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna və DTX-ya göndərilmişdir. Hər halda bunu mən yox, Hesablamalar Palatasının rəsmi sənədləri iddia edir. Palatanın 15/04/2025-ci il tarixli hesabatında bildirilir: “4 audit üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna, eləcə də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib”.Bir sözlə, bir az ehtiyatlı olmanız məsləhətdir; “canişin” əfəndini işdən qovan əsl səbəbkara qarşı da artıq-əskik söz desəniz, qaş düzəltmək yerinə basıb göz çıxararsınız.Onu da qeyd edim ki, Hesablamalar Palatasının üzə çıxardığı yeyintilərin böyük qismi bərpaolunmaz itkilərdir. Zira bu vəsaitin böyük qismi planlaşdırılmayan tədbirlərin keçirilməsinə, guya işçilərə ödənən əlavə maaş və mükafatlara sərf olunub. Müftə yerdən pul yağdığını görən işçilər və tədbir iştirakçıları isə “bəy verən atın dişinə baxmadan” əldə etdikləri vəsaitləri xırıd ediblər. Məntiqlə, sevimli “canişin” əfəndiniz vəzifədə olduğu (22 dekabr 2022 – 12 noyabr 2025) 4 ilə yaxın dövr ərzində taladığı dövlət əmlakının hamısını qaytarsa belə, aşkarlanan milyonlarla manat yeyintinin altından qalxa bilməyəcək. Çünki söhbət milyonlarla manat vəsaitdən gedir. Deyək ki, bu məbləğin 30 min manatlıq tualet kağızına sərf olunan hissəsini onun və hörmətli qonaqlarının qara gözlərinə (baxmayaraq ki, bu zati-möhtərəmlər həmin kağızla təkcə gözlərinin yaşını silməyiblər) keçdilər. Bəs digər milyonlarla manatı necə izah edəcək?Suala daha rahat cavab verməyiniz üçün 2024-ci ildən 2025-ci ilə qədər aparılan bəzi audit yoxlamaları zamanı aşkarlanan maxinasiya və yeyintilərin sadəcə bir hissəsini sizinlə də bölüşürəm. Kalkulyatoru qabağınıza qoyub onun Azərbaycan büdcəsinə vurduğu ziyanı özünüz hesablayın.Naxçıvan Muxtar Respublikası AIi Məclisində aparılmış audit yoxlamasından (04-07-2024)Hesablama Palatası 2024-cü il üzrə İş planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası AIi Məclisinin dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktlara uyğunluğuna dair audit aparıb.Audit 2023-cü ili əhatə edib.Audit zamanı müəyyən edilib ki, ötən il üçün Ali Məclis üzrə 6,3 milyon manat proqnozlaşdırılıb, 4,3 milyon manat xərc icra edilib.Ali Məclisin saxlanılması üçün ayrılmış vəsaitlərdən smetası rəsmiləşdirilməyən tədbirlərə, funksional fəaliyyətlə birbaşa əlaqəsi olmayan və xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə 78,9 min manat artıq vəsait xərc olunub, Ali Məclisin əməkdaşlarına artıq və qanunvericiliyin tələblərinə uyğun olmayan 79,2 min manat əmək haqqı, əlavə və mükafatlar ödənilmiş və buna uyğun sığorta haqqı xərcləri hesablanıb, Muxtar Respublikanın Konstitusiyasının 19-cu maddəsinin 4-cü bəndinin tələbləri gözlənilmədən ödənişli fəaliyyətlə məşğul olduqları halda 35 deputatın statusu saxlanılıb və həmin şəxslərə 2023-cü ildə hesablanmış əmək haqqı xərcləri 312,2 min manat təşkil edib, Ali Məclisin saxlanılması üzrə vahid büdcə təsnifatının tələbinə əməl edilməyib, ümumillikdə 32,4 min manat və satınalma keçirilmədən isə 69,3 min manat xərc edilib, Ali Məclisin aparatı üzrə satınalma prosedurları həyata keçirilmədən, tələbatı əsaslandırılmayan və müvafiq qaydada rəsmiləşdirilməyən, tarixi, mədəniyyəti təcəssüm etdirməyən və xatirə xarakteri daşımayan hədiyyələrin və s. alınmasına 5,2 min manat vəsait birbaşa xərc edilib, təşkilatın xəzinə hesabından əlavə Naxçıvanın İnkişafı və Müdafiə Fonduna məxsus 31,5 milyon manat vəsait bank hesabında qalıq olaraq saxlanıllb.Hesablama Palatasının Kollegiyası əsassız xərclənmiş vəsaitlərin büdcəyə bərpası, xərclərin düzgün rəsmiləşdirilməsi və qanunvericiliyin tələblərinə, eləcə də dövlət əmlakının təyinatına uyğun istifadəsi üzərində nəzarətin gücləndirilməsi barədə qərar verib.***Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi və tabeli qurumlarında keçirilmiş auditin nəticələri (25-09-2025)Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il üzrə İş Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi (Agentlik) və tabeli qurumları tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə və idarə edilməsinə dair uyğunluq auditi aparılmışdır.Agentlik tərəfindən müvafiq illərdə büdcə və büdcədənkənar xərclərin proqnozlaşdırılması düzgün aparılmamış, 2023-cü ərzində isə bir neçə halda ödənişlərin təyinatı dəyişdirilərək xərc edilmişdir.Audit obyekti tərəfindən 2023 və 2024-cü illər ərzində bir sıra hallarda işçilərə artıq əməkhaqqı hesablanaraq ödənilmişdir. İki il ərzində artıq hesablanaraq ödənilən vəsait audit dövrü ərzində büdcəyə bərpa edilmişdir.***"Naxçıvan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətində keçirilmiş auditin nəticələri (30-07-2025)Auditlə aşağıdakılar nöqsanlar müəyyən olunmuşdur:“Naxçıvan İpoteka Fondu” ASC tərəfindən 2023-cü il və sonrakı üç il üçün büdcədən vəsaitlərin ayrılması məqsədilə proqnoz layihəsi hazırlanaraq təqdim edilmişdir. Müvafiq proqnoz layihəsinə uyğun olaraq 2023-cü il üçün 850,0 min manat vəsait istənilsə də, büdcədən 2 750,0 min manat vəsait ayrılmışdır. Lakin müvafiq il üzrə həmin vəsaitin 56,1%-i yəni 1 543,0 min manatı ipoteka kreditləşməsinə yönəldilərək sərf edilmiş, 1 207,0 min manatı qalıq kimi saxlanılmışdır. Qeyd edək ki, vəsaitin hesabda qalıq kimi saxlanılması və ipoteka kreditləşməsinə cəlb edilməməsi Cəmiyyətin gəlirlərinin azalmasına səbəb olmuşdur.Qanunvericiliyin tələbləri gözlənilməyərək 14 borcalan üzrə 90 gündən çox gecikmə nəticəsində ümumilikdə 560,6 min manat vəsaitin müvəkkil bankdan geri alınması ilə bağlı Cəmiyyət tərəfindən nəticəli tədbir görülməmişdir.Qanunvericiliyə zidd olaraq auditin əhatə etdiyi dövrdə Naxçıvanbank tərəfindən verilmiş cəmi 60 ipoteka krediti üzrə 3 397,2 min manat vəsaitin ilkin maliyyəşməsi aparılmadan yenidən maliyyələşdirməsi həyata keçirilmişdir. Müvafiq olaraq ilkin maliyyəşmənin həyata keçirilməməsi nəticəsində sonrakı hər gün üçün yenidən maliyyələşdirməyə qədər hesablanmalı olan itirilmiş faiz gəlirləri 21,2 min manat təşkil etmişdir.Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2024-cü il 24 iyul tarixli Qərarı ilə ləğv olunan “Naxçıvanbank” ASC tərəfindən 2023-2024 cü illər üzrə məcmu kapitalın məbləği, adekvatlıq əmsalı, yüksək likvid aktivlərin cəmi aktivlərə nisbəti, ani likvidlik əmsalı, orta aktivlərin rentabelliyi və orta kapitalın rentabelliyi və filialların sayı barədə maliyyə-statistik göstəriciləri barədə məlumatlar rüblük qaydada Cəmiyyətə təqdim edilməmiş, bu, kredit portfelinin keyfiyyətinin qiymətləndirilməməsinə, problemli kreditlərin (təxirə salınmış və ya ödənilməyən borcların) yaranmasına səbəb olmuşdur.Cəmiyyətin Nizamnaməsinin tələbləri gözlənilməyərək strukturu, işçilərin say həddi, vəzifə maaşı və aylıq əməkhaqqı fondu 02 fevral 2022-ci il tarixli 28 nömrəli Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Qərarının 16 nömrəli əlavəsi ilə təsdiq edilmişdir. Müvafiq olaraq auditin əhatə etdiyi dövrdə ştat cədvəlləri həmin qərar əsasında tərtib və təsdiq edilərək, icrası həyata keçirilmişdir.Cəmiyyətə 2023 - 2024-cü illərdə büdcədən ayrılmış 5 500,0 min manat vəsait “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”da öz əksini tapmasına baxmayaraq həmin məbləğ “Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat”da Cəmiyyətin gəliri kimi tanınmamışdır.***Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin 15/04/2025-ci il tarixli hesabatından:“Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2024-cü il üçün təsdiq olunmuş iş planına uyğun olaraq il ərzində 6 uyğunluq auditi və 2 analitik fəaliyyət keçirilmiş və nəticələri rəsmiləşdirilib.2024-cü ilin iş planı üzrə başa çatdırılmış auditlərlə uyğunluq elementləri üzrə cəmi 46,6 mln. manat maliyyə pozuntusu aşkarlanmış, bunun 12,7 mln. manatını hesablanmış büdcəyə zərər təşkil edib. Aşkarlanmış pozuntunun 31,5 mln. manatı bank hesabında saxlanmaqla Naxçıvan Muxtar Respublikasının büdcəsinə köçürülməyən vəsaitdən ibarət olub.İdarə tərəfindən keçirilmiş auditlərlə maliyyə hesabatları üzrə 19,0 mln. manat məbləğində təhrif aşkarlanıb ki, bunun da 18,3 mln. manatı əhəmiyyətli təhriflərdən ibarət olub.Yuxarıda qeyd olunan nöqsanlardan əlavə, 2024-cü ilin İş Planına uyğun olaraq İdarə tərəfindən keçirilmiş auditlərlə aşkarlanmış səmərəsiz xərclərin məbləği 2,3 mln. manata bərabər olub. 4 audit üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna, eləcə də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təqdim edilmiş məlumata əsasən Hesablama Palatasının NMR üzrə İdarəsi tərəfindən 2024-cü ilin iş planı üzrə 3 auditlə bağlı göndərilmiş materiallar cinayət işlərinə əlavə olunmuşdur və hazırda istintaq aparılır”.Bunlar hələ sırf korrupsiya hallarıdır. Bir də “canişin” komandasının müxtəlif iş adamlarından və əhalidən aldığı rüşvətlər də var. Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyində apardığı audit yoxlaması zamanı müəyyənləşdirmişdir ki, sözügedən idarə əhalidən istifadə etmədiyi suya görə pul yığıb. Hesabata inansaq, “audit nəticəsində tikintisi yarımçıq qalmış su təmizləyici qurğu fəaliyyət göstərməsə də, bəzi ərazilərdə abonentlərin balans mənsubiyyətində su ölçü cihazlarının quraşdırılması və əhalidən içməli suyun istifadəsinə görə vəsait toplanması halı da müəyyən edilib. Audit qrupu suvarma suyunun mənbələrində verilən suyun həcminin ölçülməsi üçün hesablama həyata keçirib. Alınan nəticələrə əsasən Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumatı ilə müqayisə edildikdə 2023-cü ildə suvarma suyu üzrə itki tələb olunan suya nisbətdə 1,7 dəfə çox, 2024-cü ildə 1,4 dəfə çox olub” və s.Qısası, rəsmi hesabata düşən bu faktlar sübut edir ki, Fuad Nəcəflinin fəaliyyəti eninə-uzununa araşdırılıb və toplanan materiallar hüquq mühafizə orqanlarına göndərilib. Üstəlik, onun və komandasının əməlləri barədə cinayət işi belə açılıb. Əks halda bu maxinasiyaların istintaqı necə aparıla bilər?".Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
39
4
reyting.az

5Sources