EN

ABŞ-də 43 gün davam edən şatdaun başa çatdı

ABŞ Prezidenti Donald Tramp federal agentliklərin 30 yanvar tarixinə qədər yenidən açılmasına imkan verəcək müvəqqəti hökumət maliyyələşdirməsinin uzadılması haqqında qanun layihəsini imzalayıb. Konqres bu müddət ərzində hərtərəfli büdcə qanun layihəsi hazırlamalıdır.

Sənəd federal agentliklərin maliyyələşdirilməsini bərpa edir, dövlət işçiləri arasında ixtisarları dayandırır və hökumətin bağlanması zamanı maaş almayan işçilərə kompensasiya təmin edir. Həmçinin, bağlanmanın yaratdığı xərcləri ödəmək üçün öz vəsaitlərindən istifadə edən ştatlar üçün kompensasiya təmin edir.

Sənəddə xərclərə nəzarətin artırılması nəzərdə tutulmasa da, Pentaqona əvvəllər maliyyələşdirilməyən yeni hərbi proqramlar başlatmağı qadağan edir. Qanun daha geniş büdcə planı üçün əsas rolunu oynayacaq.

Qeyd edək ki, ABŞ hökumətinin bağlanması təxminən 43 gün davam edib. Bu, ABŞ tarixində rekord müddətdir.

Xatırladaq ki, oktyabrın 1-i gecəyarısından etibarən (Bakı vaxtı ilə 08:00) maliyyələşdirmənin olmaması səbəbindən ABŞ federal hökumətinin işi qismən dayandırılıb. Bu, Konqresdə hakim Respublikaçılar və müxalif Demokratlar partiyalarının nümayəndələrinin səhiyyə sahəsi də daxil olmaqla, xərclərlə bağlı bir sıra maddələrlə əlaqədar razılığa gələ bilməməsi səbəbindən baş verib. Ölkə daxilində hər gün mindən çox uçuş ləğv edilib, yoxsullara ərzaq talonları verilməyib, minlərlə dövlət işçisi maaşsız qalıb və ya tamamilə işdən çıxarılıb.

1977-ci ildən etibarən federal hökumətin işinin maliyyələşdirilməsi administrasiya və Konqres arasındakı fikir ayrılıqları səbəbindən 20 dəfədən çox dayandırılıb. Ən uzun müddət 35 gün olub və 2018-ci il dekabrın 22-dən 2019-cu il yanvarın 25-dək davam edib. Maraqlıdır ki, həmin şatdaun da Donald Trampın birinci prezidentliyi dövrünə təsadüf edib.

 
 

Chosen
34
32
7news.az

10Sources