AZ

ABŞ Senatından mühüm qərar: Bu layihə təsdiqləndi

ABŞ Senatı 1 oktyabrda bağlanan federal hökumətin yenidən açılması üçün müvəqqəti büdcə layihəsini təsdiqləyib.

Publika.az yerli mətbuata istinadən xəbər verir ki, yanvar ayının sonuna qədər ABŞ hökumətinə maliyyə təmin edən büdcə layihəsi Senatda 60 səslə qəbul edilib.

Qanun layihəsinə əsasən, Kənd Təsərrüfatı Nazirliyinə, Qazi İşləri Nazirliyinə və Konqresə il boyunca, digər federal qurumlara isə 30 yanvaradək maliyyələşmə təmin ediləcək. Həmçinin, layihə hökumətin bağlanması zamanı işdən çıxarılması planlaşdırılan 4 mindən çox federal əməkdaşın işində qalmasını nəzərdə tutur.

Qanun layihəsinə bir çox demokratlar üçün əsas problem olan səhiyyə subsidiyalarının uzadılması daxil deyil. Lakin bu subsidiyalarla bağlı səsvermənin dekabr ayında keçirilməsi gözlənilir.

Seçilən
20
publika.az

1Mənbələr