Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankı (AMB) bu il neft-qaz sektorunda ümumi daxili məhsulun (ÜDM) 0,2 %, gələn il isə 2,4 % azalacağını proqnozlaşdırır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə qurumun "Pul Siyasəti İcmalı"nda bildirilir.
Sənədə əsasən, ölkədə ümumi iqtisadi artımı daha çox qeyri-neft-qaz sektoru təmin edəcək.
"Neft-qaz sektoru üzrə proqnozlar hökumətin rəsmi proqnozlarına əsaslanır. 2025 və 2026-cı illər üzrə qeyri-neft-qaz sektorunda iqtisadi artım proqnozunun reallaşması, əsasən, daxili məcmu tələbin dinamikasından asılı olacaq"- deyə icmalda qeyd olunub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.