AZ

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Keçən il mərkəzi bank və hökumət bu il üçün proqnozları yüksək göstərmişdi, təqribən 2,5–3% civarında. Lakin bu ilki proqnozlar real iş dövrünü əks etdirmir. Ümumiyyətlə, ölkədə aqrar məhsulun artımı ən yaxşı halda ilin sonunda 1,1% olacaq".Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.O, bildirib ki, buna görə də 2% də bir qədər optimist yanaşmadır:"Ümumi iqtisadi artımın 2% civarında olması gözləniləndir, amma bu, yaxşı bir göstərici deyil. Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə iqtisadi artım tempi ən azı 4–5% olmalıdır ki, iqtisadi aktivliyə və makroiqtisadi göstəricilərə müsbət təsir göstərsin".Ekspert bildirib ki, Gürcüstanda ümumi məhsul artımı 9% civarındadır və onlar bu templə bir neçə ildir irəliləyirlər:"Buna görə də Azərbaycan hökuməti iqtisadi aktivliyi canlandırmaq və artım templərini yüksəltmək üçün müxtəlif tədbirlər həyata keçirməlidir".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
38
demokrat.az

10Mənbələr