EN

Tramp Putinlə görüşməyə hazırdır: Rubio yalnız bir şərt irəli sürüb

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Trump, yalnız əgər görüşün Ukraynada müharibənin dayandırılmasına real kömək etmək şansı varsa, Rusiya rəhbəri Vladimir Putinlə yeni sammit keçirməyə razı olacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Katibi Marko Rubio, Kanadada G7 xarici işlər nazirlərinin görüşü zamanı mətbuatla danışarkən məlumat verib.

“Hər iki tərəf razılaşıb ki, prezidentlərin növbəti görüşü konkret nəticələr verməlidir – biz bilməliyik ki, müsbət nəticə əldə etmək üçün real bir şans var”, - deyə Rubio qeyd edib.

Rubionun sözlərinə görə, Vaşinqton görüşləri “görüşmək xatirinə görüş” keçirməyi istəmir.

Oktyabr ayında Trump, Putinlə telefon danışıqlarından sonra yeni sammit keçirmək niyyətini açıqlamışdı, amma həmin görüş baş tutmadı. Moskva, sürətli dialoq gözləntilərini azaldıb və eyni zamanda Ukraynaya qarşı hücumlarını davam etdirib.

Daha əvvəl Trump, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edərək, ölkənin ən böyük neft şirkətlərinə məhdudiyyətlər qoydu.

Putin, Budapeşt sammitinin uğursuzluğuna görə günahkar axtarmağa başlamışdı. Bunun üçün həmin sammitdə diplomatik uğursuzluğun baş verməsində Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovu günahkar göstərdilər.

Lavrov özü isə, Rusiyanın hələ də Budapeştdə sammit keçirməyə hazır olduğunu və bu sammitin “Trampa göndərilən gizli məlumatlar” səbəbindən pozulduğunu bildirib.

Qeyd:

Putin növbəti dəfə Trampı aldadaraq, Ukraynanın digər ərazilərini işğal etmək və qüvvələrini yenidən cəmləmək məqsədilə "taym-out" götürmək istəyir. Tramp isə hər dəfə bu tələyə düşür. Çünki Putinin işğalçı xisləti olduğu qədər, onun da "müharibələri dayandıran adam" imici qazanmaq hərisliyi var.

Son günlərdə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Kremlin sözçüsü, Rusiyanın ABŞ-la danışıqlara hazır olduğunu bildiriblər. Hətta bu istəklərini israrla vurğulayaraq yalvarmaq dərəcəsinə çatıblar.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
bizimyol.info

1Sources