EN

DİN: Beynəlxalq yarış çərçivəsində yollarda təhlükəsizliyə fasiləsiz nəzarət olunur

Bakı, 13 noyabr, AZƏRTAC

Gəncədə keçirilən ilk Aerobika gimnastikası üzrə Avropa çemoionatı ilə əlaqədar olaraq, Daxili İşlər Nazirliyinin (DİN) müvafiq qurumları, o cümlədən DYP hazırda gücləndirilmiş iş rejimində xidmət aparır.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində yarışların keçirildiyi ərazi üzrə nəqliyyatın fasiləsiz hərəkətinin təşkili, yarış zonalarına giriş-çıxışların tənzimlənməsi və şəhər nəqliyyatında mümkün sıxlıqların qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür.

“Bütün yol hərəkəti iştirakçılarını ölkəmizin tanıdılmasına xidmət edən mötəbər idman tədbirinin təhlükəsiz şəraitdə keçirilməsinə töhfə verməyə çağırırıq”, - deyə məlumatda vurğulanıb.

 

Chosen
22
4
azertag.az

9Sources