EN

Beynəlxalq yarış çərçivəsində yollarda təhlükəsizliyə fasiləsiz nəzarət olunur -VİDEO

Gəncədə keçirilən ilk Aerobika gimnastikası üzrə Avropa çemoionatı ilə əlaqədar olaraq, Daxili İşlər Nazirliyinin (DİN) müvafiq qurumları, o cümlədən DYP hazırda gücləndirilmiş iş rejimində xidmət aparır.

DİN-dən "İki sahil"ə verilən məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində yarışların keçirildiyi ərazi üzrə nəqliyyatın fasiləsiz hərəkətinin təşkili, yarış zonalarına giriş-çıxışların tənzimlənməsi və şəhər nəqliyyatında mümkün sıxlıqların qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür.

Bütün yol hərəkəti iştirakçılarını ölkəmizin tanıdılmasına xidmət edən mötəbər idman tədbirinin təhlükəsiz şəraitdə keçirilməsinə töhfə verməyə çağırırıq.

Chosen
18
4
ikisahil.az

9Sources