EN

Müəllim tamamilə daimi ştatda olacaq Nazir

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Saathesabı, yarımştat kimi yox, müəllim tamamilə daimi ştatda olacaq."

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Müəllimlərin dərs yükü həftədə 18–24 saat təşkil edəcək. Qalan zamanda müəllim şagirdlərlə işləyəcək. Sertifikasiyada yüksək bal toplayan müəllimlər bu sistemlə yüksək maaşla işləyəcək. Bu, məcburi olmayacaq. İstəməyən müəllimlər saathesabı sistemlə davam edə biləcək. Müəllimlərin orta aylıq əməkhaqqının aşağı olmasının səbəbi saathesabı sisteminə görədir. Həftədə 4 saat dərs deyən müəllim nə qədər maaş ala bilər ki?”, - deyə nazir bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
16
unikal.az

10Sources