EN

Daha bir məşhur futbolçu Neftçi nin heyətinə qoşulur

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Misli Premyer Liqasının 11-ci turunda "Azərsun Arena"da "Qarabağ"a 0:2 hesabı ilə uduzan "Neftçi"nin millilərin oyunları ilə əlaqədar yaranan fasilə dönəmindəki planları bəllidir.Demokrat.az xəbər verir ki, Fanat.Az-ın əldə etdiyi məlumata görə, noyabrın 9-da baş tutan Azərbaycan derbisindən sonra istirahət edən "ağ-qaralar" bu gün məşqlərə başlayacaqlar.Baş məşqçi Samir Abasov Bakı təmsilçisini günün ikinci yarısında "Palms Sport Futbol Mərkəzi"ndə bir araya gətirəcək. Yeri gəlmişkən, Fil Dişi Sahilindən olan dayaq yarımmüdafiəçisi İdrissa Dumbianın yaxın vaxtlarda "Neftçi"yə qoşulacağı gözlənilir. Əslində, 27 yaşlı legioner paytaxt klubu ilə əvvəldən razılığa gəlib. Onun keçidinin indiyədək tam şəkildə həllini tapmamasının səbəbi sənədləşmə məsələləri ilə bağlıdır. Görünən budur ki, tərəflər artıq Dumbia ilə bağlı bütün problemləri aradan qaldırıblar."Neftçi" fasilənin sonlarına yaxın əvəzedici komandası ilə sınaq oyunu keçirməyi planlaşdırır.Qeyd edək ki, yayda "Əl-Əhli”dən (Qətər) ayrılan 27 yaşlı İdrissa Dumbia hazırda azad agent statusu daşıyır. O, əvvəllər "Anderlext”, "Sportinq”, "Ueska”, "Alanyaspor” kimi tanınmış klublarda çıxış edib. O, 2023-cü ildən bəri Fil Dişi Sahili millisinin heyətində 4 matçda meydana çıxıb.

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
2
demokrat.az

3Sources