Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Dövlət məmurları təkəbbürdən uzaq olsunlar. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi var idi, general-mayor İlqar Abbasov. Çox təkəbbürlü idi".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.
"O qədər şikayətlər alırdım. Bunu yüksək qiymətləndirirəm ki, dövlət, cənab Prezident gördü, onu vəzifəsindən uzaqlaşdırdı", - deyə deputat bildirib.
Anar Kəlbiyev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.