EN

Xocalıya yola salınan növbəti köç karvanları Daşbulaq və Badara kəndlərinə çatıb - FOTO

Xocalıya
Xocalı rayonuna yola salınan növbəti köç karvanları Daşbulaq və Badara kəndlərinə çatıb. 1news.az Trend-ə istinadən xəbər verir ki, Daşbulaq və Badara kəndlərinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu mərhələdə Daşbulağa 9 ailə (31 nəfər), Badaraya isə 6 ailə (19 nəfər) köçürülüb. *** 12:42 Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdərə rayonunun Vəngli kəndinə və Xocalı rayonunun Badara və Daşbulaq kəndlərinə növbəti köç karvanları yola salınıb. 1news.az Trend-ə istinadən xəbər verir ki, Xocalı rayonunun Badara və Daşbulaq kəndlərinə və Ağdərə rayonunun Vəngli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Xocalının Daşbulaq kəndinə 9 ailə, - 31 nəfər, Badara kəndinə 6 ailə - 19 nəfər, Ağdərənin Vəngli kəndinə isə 11 ailə-45 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Chosen
9
20
1news.az

10Sources