Növbəti köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb.
APA xəbər verir ki, Vəngli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə 11 ailə-45 nəfər köçürülüb.