EN

Tramp Şaraaya ətir vurdu: “Neçə arvadın var?”

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirilən tarixi görüş zamanı Suriyanın Prezidenti Əhməd Şaraaya “Neçə arvadın var?” sualını verib. 

Görüşə damğa vuran digər bir an isə Trampın həm Şaraaya, həm də Suriya xarici işlər naziri Əsəd Həsən Şeybaniyə ətir sıxması olub.

"Cebheinfo.az" xəbər verir ki, Şaraa ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Ağ Evə tarixi bir səfər reallaşdırıb. Görüşdə Suriyaya sanksiyaların ləğvi və regional məsələlər də daxil olmaqla, bir sıra mövzular müzakirə olunduğu bildirildi. 

Görüşün nəticələri hələ də müzakirə olunsa da, ictimaiyyətin diqqətini Trampın protokoldan kənar davranışları çəkib. Trampın “Neçə arvadın var?” sualına Şaraa “Bir” cavabını verməsindən sonra Trampın “Əmin olmaq çətindir” deməsi və gülüşmə sosial mediada geniş yayılıb. Bundan əlavə, Trampın həm Şaraaya, həm də Suriya xarici işlər naziri Əsəd Həsən Şeybaniyə ətir sıxdığı anlar da görüntülənib. 

Chosen
30
cebheinfo.az

1Sources