EN

Gürcüstan DİN: Türkiyə təyyarəsinin fraqmentlərinin ekspertizası aparılır

Türkiyə təyyarəsinə məxsus və istintaq üçün vacib olan bütün texniki vasitələr və fraqmentlərə baxış keçirilib və ekspertiza aparılır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Gela Geladze bildirib.

Nazirin sözlərinə görə, istintaq və xilasetmə tədbirlərinə Gürcüstan və Türkiyə tərəfindən mindən çox nümayəndə cəlb olunub.

Geladze Daxili İşlər Nazirliyinin bölmələrinə, Müdafiə Qüvvələrinin nümayəndələrinə və Türkiyə tərəfinə təşəkkür edib.

Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib. Gürcüstanda qəzaya uğrayan Türkiyənin C130 təyyarəsində həlak olan 20 hərbçidən 19-nun nəşi tapılmışdı. Təyyarə qəzasında şəhid olan hərbçilərin cənazələri axtarış-xilasetmə və qəza qruplarını Gürcüstana aparan A-400M təyyarəsi ilə Türkiyəyə gətiriləcək.

O vurğulayıb ki, məhkəmə-tibb ekspertləri və istintaq qrupu qəza baş verən yerdə iş aparmaqda davam edir.

Chosen
36
7
apa.az

8Sources